- Ermənistan və Gürcüstan
- 29 Aprel 2020 12:13
- 5 914
Gürcüstanda koronavirusa yoluxanların sayı 517-yə çatdı
Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib
Gürcüstanda yeni növ koronavirusa (COVid-19) yoluxanların sayı 517 nəfərə çatıb.
AzNews.az-ın xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə karantində 5153 nəfər saxlanılır, stasionar müalicədə isə 549 nəfər var. Virusa yoluxmuş şəxslərdən 168-i sağalıb, 6 nəfər isə vəfat edib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.