- Ermənistan və Gürcüstan
- 29 İyun 2020 23:27
- 5 312
İranda koronavirusdan ölənlərin sayı artdı
Sutka ərzində 2 536 nəfərdə isə virus aşkarlanıb
İranda son sutka ərzində daha 162 nəfər koronavirusdan dünyasını dəyişib.
AzNews.az worldometers.info-ya istinadən xəbər verir ki, bununla da pandemiyanın ikinci dalğasının başladığı İranda ölənlərin sayı 10 min 670-ə yüksəlib. Sutka ərzində 2 536 nəfərdə isə virus aşkarlanıb.
Ümumi yoluxanların sayı hazırda 225 205 nəfərdir. 186 min 180 nəfər isə sağalaraq evə buraxılıb.