İranda daşqınlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 50-dən çox insanı daşqınlardan xilas edib, azı 6 nəfər isə hələ də itkin sayılır

İranın cənubundakı Fars əyalətində leysan yağışlar nəticəsində yaranmış daşqınlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Aznews.az bu barədə “Iran International”a istinadən xəbər verir.

Qeyd edilir ki, Fars əyalətinin üç şəhərində cümə günü yağan güclü yağışlar və sonradan baş verən daşqınlar nəticəsində azı 21 nəfər həlak olub, bir neçə itkin düşmüş şəxsin tapılması üçün aparılan axtarış əməliyyatı davam edir.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 50-dən çox insanı daşqınlardan xilas edib, azı 6 nəfər isə hələ də itkin sayılır.