İrandakı etirazlarda uşaqlar da daxil olmaqla 300 nəfər öldürülüb

İranda baş verən etirazlarda 300 nəfər həlak olub.

Aznews.az xəbər verir ki, bu barədə BMT-nin İnsan haqları üzrə Ali komissarı Volker Turk məlumat verib.

Bildirib ki, ölənlərdən 40-ı uşaqdır. Həmçinin əlavə edib ki, həbs edilən 14 min nəfərin arasında da uşaqlar var.

BMT komissarı İrana həbs edilənləri azad etmək və ölüm hökmünə moratorium tətbiq etməklə barəsində çağırış edib.

Pərvanə