Abdullahiyan və Borrell arasında telefon danışığı olub

İran xarici işlər naziri Abdullahiyan ilə Avropa İttifaqının ali nümayəndəsi Borrel arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki,İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell “Əhatəli Birgə Fəaliyyət Planı (JCPOA) və İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) əməkdaşlığı ilə bağlı son vəziyyəti müzakirə ediblər.

Abdullahiyan bildirib ki, “Avropa Birliyinin strateji hədəfləri bu siyasətçiləri yanlış məlumatlandıran zorakı və hətta terrorçu qrupların ambisiyalarının qurbanı olub”.
Josep Borrell isə tərəflərin Vyanada razılaşdırılmış öhdəlikləri geri qaytarmaq üçün səy göstərdiklərini ifadə edərək, razılığa gəlmək üçün səylərini davam etdirəcəklərini vurğulayıb.

Mövsüm Şahsuvar