İranda nümayişlərə görə ilk ölüm hökmü icra edilib

Muhsin Şikari adlı nümayişçi noyabrın 20-də Tehrandakı etirazlar zamanı "vətəndaşları soyuq silahla hədələmək və mühafizəçini yaralamaq" ittihamı ilə İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

Aznews.az xəbər verir ki,İran Ədliyyəsinə bağlı Mizan xəbər agentliyinin məlumatına görə, oktyabr ayında paytaxt Tehranda Səttar Xan küçəsindəki etirazlar zamanı vətəndaşları soyuq silahla hədələmək və mühafizəçini yaralamaq iddiası ilə İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilən Muhsin Şikari bu səhər edam edilib.

Muhsin Şikari İranda Mahsa Emini etirazları ilə bağlı edam edilən ilk nümayişçi olub.

İran Cinayət Məcəlləsinə əsasən, “ictimai asayişi pozmaq, yer üzündə fitnə-fəsad törətmək və dövlətə qarşı müharibə aparmaq” kimi cinayətləri törədənlər ölüm cəzası ilə mühakimə olunur.

Mövsüm