Beyləqanda törədilən dəhşətli qətlin təfərrüatları məlum olub. Beyləqanda törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.

Ata azyaşlı oğlunun başını kəsdi - Dəhşətli qətlin təfərrüatları (Yenilənib)

Beyləqanda törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.


AzNews.az-ın əldə etdiyi məlumata görə, övladını qətlə yetirən Zahid İsgəndərov Cəbrayıldan məcburi köçkün olan Mahirə Namazqızı Abışova ilə evli olub və 2 övladları var imiş. Bir müddət əvvəl cütlük ayrılıb. Valideynlərin ayrılmasından sonra balaca uşaq anası ilə, böyük uşaq Ümid İsgəndərov isə atası ilə qalıb.

Z.İsgəndərovun övladını münaqişə zəminində qətlə yetirdiyi, qətldən sonra həyat yoldaşı M.Abışovanı da öldürmək istədiyi bildirilir. Lakin polis hadisədən xəbər tutduğundan qadını qoruya biliblər. Z.İsgəndərov istəyinə nail ola bilməyib.

Övlad qatili ata hələ də axtarışdadır.


***
09:54


Beyləqanda dəhşətli qətl hadisəsi qeydə alınıb.

Beyləqan rayon Polis Şöbəsindən AzNews.az-a verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində baş verib. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z.İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə nəticəsində baş verib və Z.İsgəndərovun psixoloji problemi var.

Məlumata görə, qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.


***
12:57

6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata saxlanılıb.

Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini , Zahid İsgəndərov tutularaq rayon prokurorluğuna gətirilib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Ziya