- Köhnə - Kriminal
- 16 Fevral 2016 21:15
- 6 111
Əmisinin 96 baş qoyununu oğurladı - Ədavəti var imiş
15 gün əvvəl 96 baş qoyunu oğurlayan dəstə tutulub.
Bərdə rayon Polis Şöbəsindən AzNews.az-a verlən məlumata görə, Hacallı kənd sakini Famil Musayevin tövləsinə girən oğru dəstə saxlanıb. Heyvanların oğurlanmasında təqsirli bilinən şəxslərdən biri isə qoyun sahibinin öz qardaşı oğlu olub. İstintaqa ifadəsi zamanı Namiq Musayev əmisi oğlu ilə ədavəti olduğunu və bu səbəbdən də əmisinin heyvanlarını oğurladığını deyib. Keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində həmin qoyunları oğurlamış dəstə üzvləri Elşən Hidayətzadə, Namiq Musayev və Sərvər Nəcəfov polis əməkdaşları tərəfindən müəyyən edilərək istintaq bölməsinə təqdim edilib.
Qeyd edək ki, 3 fevral 2016-ci ildə oğurlanan qoyunlar tövlədən təqribən 5 km uzaqlıqda Ağcabədinin Qaravəlli kəndi ərazisindəki əkin sahəsində tapılıb. Həmin şəxslər barədə CM-nin müvafiq maddəsi ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda polis əvvəllər məhkumluğu olmayan dəstə üzvlərinin digər cinayətlərdə əli olub olmadığını araşdırır.