Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb

“Eldar Mahmudovun əlində 2800-dən çox seks videosu var”

Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb


Bunu MTN-in keçmiş zabiti Ərəstun Oruclu Gununsesi.info-ya müsahibəsində deyib.

Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlərin olduğu haqda əvvəllər də dəfələrlə yazılıb. Lakin indi keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını açıqlayır.

Lakin söhbətin hansı videolardan - hazırda Mahmudovun və adamlarının əlində olan və ya MTN-dəki qruplaşmanın ləğvindən sonra müsadirə edilənlərdən getdiyi məlum deyil.

Daha əvvəl Eldar Mahmudovun, Akif Çovdarovun və digərlərinin evində aparılmış axtarışlar zamanı həm də şantaj xarakterli videolardan ibarət çoxsaylı disklər, elektron daşıyıcılar müsadirə olunmuşdu.