Mark Cons “İncotek” şirkəti ilə əməkdaşlıq edirmiş Mark Cons “İncotek” şirkəti ilə əməkdaşlıq edirmiş

Londondan Bakıya gələn iş adamı oteldə niyə öldü?

Mark Cons “İncotek” şirkəti ilə əməkdaşlıq edirmiş



Bakıda oteldə qalan xarici ölkə vətəndaşının meyiti tapılıb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, "Austin" otelinin 109-cu nömrəsində Böyük Britaniya vətəndaşı, 1940-cı il təvəllüdlü Mark Cons Mayklın meyiti tapılıb.

Məlumata görə, Mark Cons yaxılıqda, yəni, Azərbaycan prospektində yerləşən "İncotek" şirkəti ilə əməkdaşlıq edirmiş. O, bir neçə gün əvvəl Londondan Bakıya gəlib. Hazırda ölümün səbəbləri araşdırılır.

AzNews.az