Bir nəfər öldü, iki nəfər ağır xəsarət aldı Bir nəfər öldü, iki nəfər ağır xəsarət aldı

Göyçayda qohumlar bir-birini güllələdi

Bir nəfər öldü, iki nəfər ağır xəsarət aldı



Göyçay rayon sakinləri arasında silahlı insident baş verib, ölən və yaralılar var. APA-nın məlumatına görə, hadisə bu gün saat 13:30 radələrində rayonun Bəydövül kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Xudiyev Ağababa Ağabala oğlu və 24 yaşlı oğlu Əziz Xudiyevlə birgə qardaşı oğlu 1970-ci il təvəllüdlü Xudiyev Nicat Xudu oğlu ilə dava ediblər.

Münaqişə zamanı qan qohumları ov tüfəngi ilə bir-birlərinə atəş açaraq ağır xəsarətlər yetiriblər. Hər üç şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Nicat Xudiyev aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Hazırda rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az