Rusiyada dayənin uşaqla kobud davranması əks olunan video çarx "YouTube" videoportalına yüklənib. Rusiyada dayənin uşaqla kobud davranması əks olunan video çarx "YouTube" videoportalına yüklənib.

Uşağı döyən dayə- VİDEO

Rusiyada dayənin uşaqla kobud davranması əks olunan video çarx "YouTube" videoportalına yüklənib.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, videoda Larisa adlı qadın və 2 yaşlı qız uşağı görünür. Qadın divanda oturaraq televizora baxır və uşağı arxası ekrana oturdaraq yedirdir. Hərdən isə o, uşağın üstünə qışqıraraq onu vurur.

Sonda dayənin saçını yolduğu uşaq qorxaraq qaçır.

"Biz ona çoxlu pul verirdik. Ona və uşaqlarına hədiyyələr verirdik. Biz uşaqda dəyikliyi oyuncaqlarla oynayanda gördük. O, oyuncaqları bir qırağa atıraq, qışqırırdı. Sonda evə kamera quraşdıraraq dayənin onunla necə kobud davrandığının şahidi olduq", - deyə uşağın valideynləri bildiriblər.

Artıq qızcığazın valideynləri hadisə ilə bağlı müvafiq orqanlara müraciət etmək fikrindədirlər.