Merz: Ukraynadakı münaqişə iki tərəfdən biri tükənəndə başa çatacaq

Ukraynadakı böhran yalnız münaqişə tərəflərindən biri kritik tükənmə nöqtəsinə çatdıqda həll edilə bilər.

Almaniya kansleri Fridrix Merz bu barədə bildirib.

"Mənim qiymətləndirməmə görə, bu münaqişə yalnız iki tərəfdən biri ya hərbi, ya da iqtisadi cəhətdən tükəndikdə başa çatacaq", - deyə o, "Die Rheinpfalz" qəzetinə verdiyi müsahibədə bildirib.

Lakin Merz vəziyyətin tez bir zamanda diplomatik yolla həllinin mümkünlüyünə şübhə ilə yanaşdığını qeyd edib. Almaniya kansleri hesab edir ki, hazırda münaqişənin tez bir zamanda danışıqlar yolu ilə həlli üçün heç bir ilkin şərt yoxdur.

Mövsüm,

AzNews.az