“Ded Xasan”ın qatili Baş nazirdir-İTTİHAM

"Ded Xasan"ın qətlini Gürcüstanın baş naziri Bidzina İvanişvili sifariş edib.

Anspress-in məlumatına görə, belə bir sensasion bəyanatla Tvi telekanalının canlı efirində Gürcüstanın Jurnalist Araşdırmaları Agentliyinin rəhbəri Giqa Liparteliani çıxış edib.

"Onu İvanişvili baş nazir olan vaxt öldürdülər. 2010-cu ildə də ona atəş açmışdılar, lakin öldürmədilər. O zaman bu xəbərdarlıq atəşi idi, indi isə birbaşa başından vurdular. Bütün bunlar Gürcüstandakı yeni hökumətlə bağlıdır", - deyə jurnalist vurğulayıb.

Fikirlərinə davam edən Liparteliani qeyd edib ki, Gürcüstan artıq quldurların əlinə keçib:

"Parlament seçkiləri öncəsi fransızlar gürcü xüsusi xidmət orqanlarına bəzi materiallar ötürüb. Həmin materiallarda gürcü kriminal avtoritetlərinin Fransada hakimiyyət nümayəndələri ilə görüşdüyü və seçkilərin taleyini həll etdiyi bildirilirdi. Bu oğrular və quldurlar Gürcüstanın parçalanması üçün əlindən gələni etdilər".

AzNews.az