Bakıda cinayətkar dəstənin 4 üzvü yaxalanıb. Bakıda cinayətkar dəstənin 4 üzvü yaxalanıb.

Daha bir cinayətkar dəstə zərərsizləşdirildi

Bakıda cinayətkar dəstənin 4 üzvü yaxalanıb.



Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 4-ü saat 05:30 radələrində M.Qardaşları küçəsində yerləşən gecə klubunda naməlum şəxs xuliqanlıq zəminində orada mühafizəçi işləyən Saatlı rayon sakini Samir Qasımovun əl nahiyəsindən bıçaq xəsarəti yetirib.

DİN BCAİ, Nəsimi RPİ, Səbail RPİ 39-cu PB və Tərtər RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mahmud Rüstəmov, Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Araz Fərəcov, Bakı şəhər sakinləri - Məhəmməd Quliyev və Turan Məmmədli yaxalanıblar.
Onların üzərinə baxış keçirilərkən M.Rüstəmovdan 7 qram tiryək, M.Quliyevdən 4 qramdan, T.Məmmədlidən isə 5 qramdan artıq həşiş qətranı aşkar edilib.
A.Fərəcova məxsus "Kraysler" markalı avtomobildə olan əl çantasından 22 qramdan artıq həşiş qətranı və 1 ədəd revolver markalı tapança aşkar edilib.

AzNews.az