- Köhnə - Kriminal
- 3 Mart 2018 11:56
- 4 045
DYP-yə hücum edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum edən Orxan Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.
Bunu APA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
Onun sözlərinə görə, faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, Bağırov Orxan Cahangir oğlu təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, qeyd edilən şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. O.Bağırov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.