Qətlə yetirilmiş xanımın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb Qətlə yetirilmiş xanımın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb

5-6 hissəyə bölünərək öldürülən qadının başı tapıldı (VİDEO)

Qətlə yetirilmiş xanımın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb


Bir müddət öncə Bakının Binəqədi rayonu ərazisində bir neçə hissələrə bölünərək atılmış qadına məxsus baş artıq tapılıb. Xatırladaq ki, həmin qadina məxsus meyitin hissələr rayon ərazisindəki zibil poliqonuna atılmışdı.

Meyidi ilk əvvəl həmin ərazidə işləyən fəhlələr görüb. 5 -6 hissəyə bölünən meyidin ilk əvvəl təxminən 35-40 yaşlarında olan bir xanima məxsus olduğu təxmin edilirdi. Axtarış zamanı sonra ərazidən meyidin bütün hissələri aşkar edilsə də, mərhumun başı həmin ərazidən aşkar olunmamışdı.

Abşeron rayonu saray qəsəbəsi ərazisində qara salafana bükülmüş qadın başı tapılıb. Keçirilmiş pataloji müayinələr zamanı həmin başın Binaqədi rayonu ərazisində zibil poliqonunda tapılmış qadına məxsus olduğu müəyyən edilib.

Qətlə yetirilmiş xanıma məxsus bütün bədən üzvlərinin tapılmasına baxmayaraq, onun şəxsiyyətini müəyyən etmək hələ də mümkün olmayıb.



AzNews.az