"4 milyonluq hissəni adıma keçirmək istəmədi"- Etimad İsmayılovun qatilindən istintaqa ilk ifadə

Azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbulda ofisində qətlə yetirilməsi ilə bağlı yeni detal üzə çıxıb.

AzNews.az Türkiyənin “Haberler.com.tr” saytına istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan ehtiyatda olan polkovnik Gözəl Dəmirov polisə ilkin ifadəsində cinayəti pul üstündə törətdiyini bildirib.

G.Dəmirov ortaq qurduqları şirkətin 4 milyon dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməməsinə görə E.İsmayılovla mübahisə etdiyini söyləyib. O, mübahisə zamanı İsmayılov tərəfindən təhdid edildiyini və buna görə silaha əl atdığını deyib.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, Etimad İsmayılov başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib.

AzNews.az