- Köhnə - Kriminal
- 23 Sentyabr 2018 18:40
- 4 667
Ərdoğan Suriyadakı “terror bataqlığı”ndan danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fərat çayından şərqdə yerləşən ərazini Suriyanın ən təhlükəli regionu adlandırıb.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu ərazi Suriya kürdlərinin nəzarətindədir.
“Hazırda Suriyanın gələcəyi üçün ən ciddi təhdid terror bataqlığıdır”, - Ərdoğan deyib.
Prezident ABŞ-ı nəzərdə tutaraq qeyd edib ki, bataqlıq Ankaranın bəzi tərəfdaşlarının dəstəyi nəticəsində genişlənir.
AzNews.az