Xətai rayonu ərazisində tanışını evində döyərək oğurluq edən şəxs saxlanılıb Xətai rayonu ərazisində tanışını evində döyərək oğurluq edən şəxs saxlanılıb

Evə adam buraxarkən ehtiyatlı olun

Xətai rayonu ərazisində tanışını evində döyərək oğurluq edən şəxs saxlanılıb



Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 23-də M.Hadi küçəsində yaşayan Zülfiyyə Ağayeva 36-cı PB-yə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 19-da və 22-də Röyal adlı tanışı onu evində döyüb bıçaqla hədələyərək qızl-zinət əşyaları və 2800 manatını alıb.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Saatlı rayon sakini Röyal Məmmədov mayın 3-də yaxalanıb.

AzNews.az