- Köhnə - Kriminal
- 8 Avqust 2013 11:43
- 2 283
23 yaşlı oğlan xalasının ərini qətlə yetirdi

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1990-cı il təvəllüdlü Sahib Həsənov xalasının əri, 1974-cü il təvəllüdlü Nuriyev Tofiq Əlisafa oğlunu aralarında yaranan münaqişə zəminində bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən S. Həsənov polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az