Paytaxtda naməlum kişi meyiti tapıldı

Bakıda naməlum kişi meyiti tapılıb.

Bakıxanov qəsəbəsindən Neftçilər metrosu istiqamətində gedən yolda, yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı çökəklikdə, süpürgəçi qadın tərəfindən təxminən 30-35 yaşlarda olan naməlum kişi meyiti aşkar edilib. Hazırda hüquq - mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər və araşdırma aparırlar. İlkin araşdırmalara görə, hadisə həmin yerdə baş verməyib, meyitin öldürülüb bura atıldığı güman olunur./lent.az/

AzNews.az