42 yaşlı kişinin boğazını kəsərək qətlə yetirdilər

Bakıda 42 yaşlı kişi boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Səbail rayonun Badamdar qəsəbəsi ərazisində Bakı şəhər sakini Natiq Əşrəfov boğaz nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.a