- Köhnə - Kriminal
- 29 Avqust 2013 10:37
- 2 862
Sumqayıtda kütləvi dava: 3 nəfər bıçaqlandı
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhəri, 15-ci məhəllənin ərazisində 3 naməlum şəxs münaqişə zəminində şəhər sakinləri Rza Vahabov, Murad Əkbərli, Xaliq Hüseynovu bıçaqlayıb, İmran Məmmədovu isə döyüblər.
Görülən zəruri tədbirlər nəticəsində hadisəni törədən şəhər sakinləri Cavid Abdullayev, Fariz Məmmədov və Elçin Hacıyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az