Lənkəranskidən Ded Xasan klanına daha bir zərbə- FOTOLAR- YENİLƏNİB

Rusiya mətbuatında yer alan yeni məlumata görə, keçirilən "sxodka" kriminal aləmin xaç atası və ötən il qətlə yetirilən Ded Xasanın klanı tərəfindən təşkil edilib.

Ded Xasanın qohumu Timuri Tbilisskinin tərəfdarlarının və azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin əleyhdarlarının toplaşdıqları "sxodka"nın Yekaterinburq rəhbərliyinə seçkilərə 1 həftə qalmış keçirilməsi də maraq doğurub.

Əsasən azərbaycanlıların toplaşdığı "sxodka"da mer seçkisində kriminal aləmdə tanınan Yevqeni Royzmanın seçilməsi ilə bağlı da müzakirələr aparılıb. Məlumata görə, T. Mirzoyev özü də bu şəxsə rəğbətini gizlətmir. Polis "sxodka"ya basqın zamanı bir neçə ədəd odlu və soyuq silah tapıldığını da bildirib.


***09:50

Azərbaycanlıların "sxodka"sına polis basqını; 48 nəfər həbs olundu


Rusiyanın Yekaterinburq vilayətində polis azərbaycanlıların təşkil etdiyi "sxodka"ya basqın edib.

"Sxodka"da 48 nəfər toplaşaraq Uralda təsir dairəsinin bölüşdürülməsi ilə bağlı müzakirələr aparıb.

Kriminalların toplaşdığı "7 açar" kafesinə polislə yanaşı, OMON da gələrək "sxodka"nı yarıda kəsib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "sxodka"ya Ufa, Çelyabinsk, Noyabrsk və Rusiyanın digər şəhərlərində avtoritetlər toplaşıb. Onlar kriminal bazarın bölüşdürülməsi üçün müzakirələr aparıblar.

Polisin məlumatına görə, "sxodka"da 48 nəfər saxlanılıb ki, onlardan da çoxu azərbaycanlılardır.

Saxlananlardan 4 nəfəri avqustun 30-da mehmanxana kompleksinin müdirinə hücum edənlər olub.

Mehmanxana müdirinə hücum edən şəxslər ondan 3 milyon rubl tələb ediblər.

Elnarə
AzNews.az
image description image description image description