- Köhnə - Kriminal
- 8 Oktyabr 2013 12:59
- 2 375
Ded Xasanın qətli ilə bağlı istintaq dayandırıldı
Rusiya kriminal aləminin "xaç atası" Ded Xasanın qətli ilə bağlı cinayət işinin istintaqı dayandırılıb. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyat-istintaq hərəkətləri heç bir nəticə verməyib. Hadisə yerindən tapılan gilizlərin laboratoriya araşdırması göstərib ki, bu gilizlər 9 növ silaha aid ola bilər. Əl izləri isə o qədər cüzi olub ki, genetik ekspertiza nəticələri tam dəqiqliklə verə bilməyib. Hətta mərhumun yaxınları bir neçə ay ərzində istintaqa ifadə verdikləri zaman qətlə bir neçə gün qalmış Ded Xasanla bağlı baş verən hadisələrin xronoloji ardıcıllığını müəyyən edə bilməyib. Tələb olunan bütün zəruri istintaq tədbirləri həyata keçirildiyinə və heç bir nəticə əldə edilmədiyinə görə yeni dəlillər ortaya çıxana qədər cinayət işinin istintaqı dayandırılıb. Qeyd edək ki, Ded Xasan yanvarın 16-da öldürülüb.
Elnarə
AzNews.az