Gəncin1400 manatını əlindən alıblar

Bakı şəhərinin Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, metronun "20 Yanvar" stansiyasının yaxınlığında, Moskva prospektində naməlum şəxslər 1993-cü il təvəllüdlü Məmmədli Zaur Qabil oğluna hücum edib. Kimliyi məlum olmayan iki nəfər 21 yaşlı oğlana zor tətbiq edərək onun 1400 manat pulunu alaraq qaçıblar.

Z.Məmmədli hadisədən dərhal sonra 102-yə zəng vuraraq başına gələnləri bildirib.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az