- Köhnə - Kriminal
- 3 Aprel 2014 18:06
- 1 977
Şagirdin qətlində şübhəli bilinən beş nəfər tutulub - YENİLƏNİB
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Mobil Abdullayevin qətlində şübhəli bilinən Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov saxlanılıb.
Polisdən bildirilib ki, tutulan şəxslərlə mərhum arasında "facebook" sosial şəbəkəsində mübahisə yaranıb. Mübahisədən sonra M. Abdullayevlə görüşə gələn 5 gənc onu bıçaqlayaraq qətlə yetirib.
***
18.32
Bakıda orta məktəb şagirdinin qətlində şübhəli bilinən dörd nəfər tutulub.
Binəqədi Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, ötən gün rayonun Biləcəri qəsəbəsində 1998-ci il təvəllüdlü Mobil Mehman oğlu Abdullayevin qətlində şübhəli bilinənlər - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü, Ceyranbatan Peşə Liseyinin tələbəsi Fuad Mehman oğlu Heydərov, 1996-cı il təvəllüdlü Abbas Yaşar oğlu Abbaslı, 1996-cı il təvəllüdlü Nurlan Zülfüqar oğlu Dünyamalıyev, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Elsevər Fərman oğlu Məmmədov saxlanılıblar.
Polisdən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən daha bir nəfərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, aprelin 1-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindən qəsəbə sakini Mobil Abdullayev bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.
Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya M. Abdullayevin 10-cu sinif şagirdi olduğu bildirilib.
AzNews.az