Bakıda qadın intihar etdi – Təfərrüat (Yenilənib)

Anspres.com araşdırması zamanı o da məlum olub ki, həmin ailədə bir neçə nəfər özünü asıbmış. Müxtəlif vaxtlarda Zoya Hacıbəylinin qardaşı intihar edibmiş. Bir müddət öncə əri və oğlu da özlərini asıbmışlar.

Bildirilir ki, həmin ailənin üzvlərində psixoloji problemlər olub. Qadının da psixoloji problemləri varmış.

***
10:23

Bakıda 64 yaşlı qadın yaşadığı evdə intihar edib.

AzNews.az xəbər verir ki, hadisə avqustun 15-də saat 18:30 radələrində Nərimanov rayon Ceyhun Hacıbəyli küçəsi ev 36-da baş verib.

1950-ci il təvəllüdlü Zoya Aleksandrovna adlı qadının intiharının səbəbi naməlumdur.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da mərhumun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Amid
AzNews.az