Ata oğlunun qanını tökdü- Bıçaqlanma

Ailə-məişət münaqişəsi zəminində oğluna bıçaqla xəsarət yetirmiş Xaçmaz rayon sakini tutulub.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, avqustun 26-da Xaçmaz rayonunun Hacıməmməd-oba kənd sakini Rasim Məmmədov oğlu Kamranın evində olarkən ailə-məişət münaqişəsi zəminində ona bıçaqla xəsarət yetirib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az