Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Bakıda gənc tanışını qətlə yetirdi

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.



Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 17-də 1983-cü il təvəllüdlü Rəhimov Vüsal Nəriman oğlu tanışı 1959-cu il təvəllüdlü Xalfayev Rahib Talıb oğlunu bıcaqla öldürüb.

V.Rəhimov R.Xafayevi maşında öldürdükdən sonra onu Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Bağlar massivində basdırıb.

Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi qaldırılıb.