Odessada gürcü “qanuni oğru” saxlanılıb. Odessada gürcü “qanuni oğru” saxlanılıb.

Ukraynada “qanuni oğru” saxlanıldı

Odessada gürcü “qanuni oğru” saxlanılıb.



AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Daxili İşlər Nazirliyi yayıb.

Bildirilir ki, kriminal aləmdə "Kurşa" ləqəbi ilə tanınan 42 yaşlı Qoça Djinçiradze 2013-cü ildə 5 il müddətinə Ukrayna sərhədlərindən çıxarılmışdı. O, soyadını dəyişərək yenidən ölkəyə qayıdıb və yerli kriminalistlərlə əlaqə qurmağa çalışıb. 2014-cü ilin sentyabrında Odessada yenidən saxlanılıb və ölkədən çıxarılıb. "Kurşa" ilə bərabər hüquq-mühafizə orqanları "Sedoy" ləqəbli şəxsi də saxlayıblar.

"Qanuni oğru" ilə birlikdə 4-ü Ukraynadan olan daha 5 adam nəzarətə götürülüb.
Ukrayna hüquq-mühafizə orqanları "Kurşa"nın ölkədən təcili çıxarılmasını müzakirə edirlər.

Məlumata görə, "Kurşa" "oğrular" aləmini dəstəkləyir və onların ənənələrini yaşadır, "sxodka"larda aktiv iştirak edir. Bundan əlavə o, Rusiyada və Gürcüstanda silahın və narkotikin qanunsuz dövriyyəsinə görə dəfələrlə məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, Qoça Cinçiradzeyə 1998-ci ildə "tac qoyulub" və "oğru aləmi"nə daxil olduğu üçün 2 dəfə həbs olunub. 2012-ci ildə isə amnistiyaya görə azadlığa buraxılıb.

Nigar
AzNews.az