Bakıda ata qızını qətlə yetirdi

Bakıda qətl törədilib.



Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Sabunçu dəmir yolu stansiyası yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini Cəlal Qurbanov qısqanclıq zəminində qızı, 30 yaşlı Zərifə Qurbanovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən C. Qurbanov saxlanılıb.

Faktla cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.