NASA dünyanın səsdən sürətli ilk şəxsi təyyarəsinin istehsalına başlayıb. NASA dünyanın səsdən sürətli ilk şəxsi təyyarəsinin istehsalına başlayıb.

Səsdən sürətli təyyarə

NASA dünyanın səsdən sürətli ilk şəxsi təyyarəsinin istehsalına başlayıb.

Qaynarinfo.az xəbər verir ki, "X-59" adlanan təyyarənin test uçuşları 2021-ci ildə başlayacaq.

"Lockheed Martin" şirkəti ilə birlikdə həyata keçirilən layihə reallaşsa, səyahət müddətində ciddi azalma müşahidə ediləcək. Saatda 1512 km sürətlə hərəkət edəcək "X-59" ilə Nyu-York-London səfəri 9 saatdan 3 saata enəcək.

Qeyd edək ki, daha əvvəl Fransa və İngiltərə səsdən sürətli "Concorde" təyyarəsinin istehsalına başlamış, 2000-ci ildə baş verən qəza layihənin təxirə salınmasına səbəb olmuşdu.

AzNews.az