Vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılıb Vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılıb

Azərbaycan vətəndaşları gələn aydan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək

Vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılıb

Azərbaycan-Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokol 1 aprel 2021-ci ildən qüvvəyə minir.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Bu tarixdən vətəndaşlarımız şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklər”, - deyə qeyd olunub.

Azərbaycan vətəndaşları aprelin 1-dən etibarən Türkiyəyə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Polis İdarəsi məlumat yayıb.

“İki ölkə vətəndaşları 1 aprel 2021-ci ildən etibarən qarşılıqlı səfərlər zamanı yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcək. Vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılıb”, - deyə bildirilib.(Apa)

AzNews.az