Müsəlman bərbər qadın saçı kəsmədiyi üçün məhkəməyə verildi

Kanadada yaşayan müsəlman bərbər qadının saçlarını kəsməkdən imtina etdiyi üçün məhkəmə qarşısında cavab verməli olacaq.

Ömər Mahruq Ontario şəhərinin mərkəzində bərbər salonu açıb. Burada işləyənlərin də hamısı müsəlmandı. Salonun müştəriləri də kişilər olur. Hər şey öz yolunda gedərdi, əgər bir gün salona təşrif buyuran qadın saçlarını qısa kəsməyi bərbərdən xahiş etməsəydi.

Ömər Mahruq salon işçilərinin müsəlman oldüğü üçün qadın saçı kəsmədiklərini bildirsə də (İslama görə müsəlman kişi yad qadına toxuna bilməz), feminist qadın işi məhkəmə yolu ilə həll edəcəyinə söz verib.

Salon işçiləri məhkəmə prosesinin "gender dinə qarşı" prosesinə çevrilməsindən ehtiyatlanırlar. Çünki belə olacağı təqdirdə proses dini fanatizmlə feminizmin qarşıdurmasında maraqlı olanların bir növ "sevimli şousu"na çevriləcək.

İnci

AzNews.az