58 yaşlı qadın nəvəsini doğdu - FOTO

Ketrinin qızı Şennonun orqanizmində problemlər olduğu üçün o, hamilə qala bilməzdi.
Ketrin indi hamiləliyin 6-cı ayındadır və o, təxminən 3 ay sonra bətnindəki uşağı dünyaya gətirəcək.
Bu uşaq Ketrin Donnelinin həm oğlu, həm də nəvəsi olacaq.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Şennon Fişer və onun əri Ceymi uşaqlarının olması üçün süni mayalanma üsuluna əl atıblar.

Surroqat ana qismində isə Ketrin seçildi və o, razılıq verdi.
Kanadanın Ontario vilayətindəki London şəhərində yaşayan Donnelinin dediyinə görə, qızı belə təkliflə ona müraciət edəndə əvvəlcə şoka düşüb: "Qızım üçün uşaq doğmaq mənə çox paradoksal bir iş təsiri bağışladı. Lakin qızım övlad istəyirdi, orqanizmindəki problemlər ona ana olmağa imkan vermirdi. Süni mayalanmaya razılaşdım və kürəkənim Ceyminin övladını indi bətnimdə daşıyıram. Bu uşaq qızımı ana edəcək. Qızımın bəxtəvər olması mənə bəsdir. Amma doğacağım uşaqdan imtina edəcəyim anda hansı hisslər keçirəcəyimi bilmirəm".

Şennonun dediyinə görə, anasının doğacağı qızına Zoi Ketrin Houp adını verəcək.

AzNews.az