- Köhnə - Maraqlı
- 18 Noyabr 2012 17:00
- 3 411
Çarpayılı təyyarələr gəlir
ABŞ-ın "Delta" aviaşirkəti Nyu-Yorkdan Rusiya paytaxtına reyslər həyata keçirən "Boinq 767-400" təyyarələrində yenilik edib. Şirkət "BusinessElite" biznes-klass ilə uçacaq sərnişinlər üçün çarpayıya çevrilən kreslolar təqdim edəcək.
Sərnişin istədiyi vaxt oturacağı açaraq onu eni 55 sm, uzunu 2 metrə olan çarpayıya çevirə biləcək. Bu yenilik həmçinin sərnişinlərin uçuş zamanı tam rahatlığını təmin etmək üçündür.
Onlar mənzil başına çatdıqda dincəlmiş olacaq və təyyarədən düşən kimi işgüzar görüşlərə gedə biləcəklər. Bütün kreslo-çarpayılar personal monitorlar, multimediya vasitələri və USB portu ilə təchiz ediləcək.
İnci
AzNews.az