- Köhnə - Maraqlı
- 20 Noyabr 2012 08:39
- 4 938
Qadın ərinin cəsədi ilə 3 il yaşadı
Sonra isə onu zibilliyə atdı
Rusiyada tükürpərdən hadisə yaşanıb. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, qadın ölmüş həyat yoldaşının cəsədini dirilə bilər ümidilə 3 il saxlayıb.
Hadisə Moskva ətrafında yerləşən Yaroslavlda baş verib. Qadın evdən köçmək qərarı verdikdə, cəsədlə bağlı nə edəcəyini bilməyib və onu zibilliyə atmaq qərarına gəlib. Polis cəsədi aşkarladıqdan sonra məlum olub ki, qadın övladlarını da ataları ilə ölməmiş kimi davranmağa vadar edib. Hər gün uşaqlar atalarının cəsədi olduğu otağa girərək, onunla salamlaşıb və sanki sağmış kimi söhbət ediblər.
Sadiq Musa
AzNews.az