- Köhnə - Maraqlı
- 4 Dekabr 2012 11:40
- 4 065
Dünyanın ən yaxşı şəhərləri ... - SİYAHI

Məlumata görə, Vyana mədəni həyat, tibbi xidmətin səviyyəsi, ictimai nəqliyyatın etibarlılığı və daşınmaz əmlakın qiymətlərinə görə, reytinq cədvəlində ilk sırada dayanıb.
221 şəhərin daxil olduğu siyahıda ikinci yerdə Sürix, üçüncü yerdə isə Yeni Zellandiyanın Oklend şəhəri durur. Afina son zamanlar baş verən böhranla əlaqədar siyahıda 83-cü yeri tuta bilib.
Rusiyanın şəhərləri isə siyahıda ilk 50-nin arasına belə daxil ola bilməyiblər.
Siyahıda son yerdə İraqın paytaxtı Bağdad dayanır ki, bu da müharibədən sonra ölkədə yaranan vəziyyətlə əlaqədar olaraq təəccüblü deyil.
Elnarə Əlosmanqızı
AzNews.az