- Köhnə - Maraqlı
- 24 Noyabr 2016 16:57
- 10 491
“Airbus” ikimotorlu sərnişin təyyarəsinin sınaq uçuşunu keçirib - Video

“Airbus - A350-1000” Fransanın Tuluza şəhərində 3 saat ərzində debüt uçuş həyata keçirib.
AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, test uçuşunu yeni avialaynerin yaradılması layihəsinə sərmayə qoymuş aviaşirkətlərin rəhbərləri müşahidə ediblər. Təyyarənin ümumi qiyməti 356 milyon dollar məbləğində qiymətləndirilir.
"Airbus"un yeni təyyarəsində 366 nəfər yerləşdirilə bilər.
"Airbus - A350-1000" qışda intensiv sınaqlardan keçiriləcək 3 laynerdən biridir. Təyyarənin 2017-ci ilin ikinci yarısında istismara veriləcəyi gözlənilir.