“Nestle”nin məhsullarında at əti aşkarlanıb

Dünyaca məşhur “Nestle” şirkətinin istehsal etdiyi yeyinti məhsullarında at əti aşkarlanıb

Buna görə də şirkət İtalya və İspaniyadakı bəzi mağazalardan məhsullarını satışdan çıxarmağa məcbur olub. Bu barədə məlumatı BBC -nin rus xidməti yayıb.

Məlumata görə, laboratoriyada aparılan araşdırmalar zamanı bəzi məhsullarda at ətinə rast gəlinib. Beləliklə də "Nestle" Avropa ölkələrindəki at əti qalmaqalının iştirakçısına çevrilib.

Qeyd edək ki, bu ilin yanvarında Avropanın bir sıra ölkələrində satılan hamburgerlərdə at ətinin aşkarlanması böyük qalmaqalla müşayət olunub. Böyük Britaniya. Almaniya, Fransa, Bekçika kimi ölkələrdə böyük supermarketlər şəbəkəsi at əti aşkar edilən məhsulların satışından imtina edib.

Elnarə
AzNews.az