SVT-nin həftəiçi “İsveç xəbərləri” (Svenska Nyheter) satirik proqramında çinli turistlərlə bağlı alçaldıcı ifadələr işlənilib. SVT-nin həftəiçi “İsveç xəbərləri” (Svenska Nyheter) satirik proqramında çinli turistlərlə bağlı alçaldıcı ifadələr işlənilib.

İsveç kanalı Çindən üzr istədi - Turistlərə görə

SVT-nin həftəiçi “İsveç xəbərləri” (Svenska Nyheter) satirik proqramında çinli turistlərlə bağlı alçaldıcı ifadələr işlənilib.

Verilişin prodüseri Tomas Holl televiziyanın sosial media hesabında etdiyi açıqlamada buna görə istəyib:

“Yanlış anlaşılmaya görə özünü alçalmış hiss edən çinlilərdən səmimi şəkildə üzr istəyirik”.

Qeyd edək ki, veriliş yayımlandıqdan sonra Çin Xarici İşlər Nazirliyi İsveçə rəsmi olaraq etirazını bildirmiş, SVT-dən üzr istəməsini tələb etmişdi.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda iki həftə əvvəl üç turistin rezervasiyadan 5 saat əvvəl hotelə gəlməsinə görə mübahisə çıxıb. Hotel işçilərinin xahişi ilə polislərin çinli turistləri hoteldən çıxarması iki ölkə arasında diplomatik gərginliyə səbəb olub. Bu hadisə SVT-də alçaldıcı ifadələrlə lağa qoyulub.(qafqazinfo.az)

AzNews.az