- Köhnə - Maraqlı
- 30 Sentyabr 2018 13:00
- 7 069
Avropanın ən turistik regionu
İspaniyanın Kanar adaları Avropa İttifaqının "ən turistik" regionudur.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Statistika Agentliyi "Avrostat"ın məlumatına bildirilir.
Qeyd olunur ki, il ərzində Kanar adalarının hotel və hostellərində turistər təxminən 103 milyon dəfə gecələyiblər. İkinci yerdə Kataloniya qərarlaşıb, burada turistlərin gecələdiyi günlərin sayı 80 milyondur. Üçüncü pillədə Xorvatiyanın Adriatik sahilidir (təxminən 75 milyon gecə).
AzNews.az