- Köhnə - Maraqlı
- 3 Oktyabr 2018 23:17
- 10 037
Bakı bulvarında qeyri-adi olay... - Fotolar

Bakıda Milli park (Dənizkənarı bulvar) ərazisində qeyri-adi hadisə baş verib.
“Hyundai” markalı avtomobil bir neçə ağac və bordyura çırpılaraq gözlənilmədən bulvarın mərkəzinə daxil olub.
Ceyhun Abdulla adlı istifadəçi sosial şəbəkələrdə yazır ki, maşında oğlan və qız olub. Maşının sürücü bildirib ki, o, pedalları səhv saldığı üçün əyləc əvəzinə qaz pedalını sıxıb.
Bulvarın mühafizəçiləri hadisə yerinə Yol Polisi əməkdaşlarını çağırıblar.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)
AzNews.az