Türkiyənin Elazığ vilayətində qeyri-adi buzov doğulub Türkiyənin Elazığ vilayətində qeyri-adi buzov doğulub

Ürəyi boğazında olan buzov - Fotolar

Türkiyənin Elazığ vilayətində qeyri-adi buzov doğulub




Türkiyə Elazığ vilayəti, Mədən rayonunun Çitli kəndində qeyri-adi buzov doğulub. Yerli mətbuatın xəbərinə görə, 1 həftə əvvəl doğulan buzovun ürəyi boğazındadır. Kənd sakini Turan Çiçək boğazında şiş olduğunu hesab edərək buzovu baytara apardığını deyib. "Əslində əlimizlə tutanda, onun ürək olduğunu hiss edirdik. Çünki əlimizin içində vururdu. Həkimə apardıq, o da təsdiq etdi".

Sahibi araşdırmaçılara müraciət edərək buzovu ala biləcəklərini deyib. "Burdan akademiklərə müraciət edirəm. Təcrübə aparmaq üçün buzovu götürə bilərlər. Ürəyi boğazında olduğu üçün heyvan tez yorulur. Uzun müddət süd əmə bilmir, öskürməyə başlayır. Nə qədər yaşayacağını bilmirəm".

AzNews.az
image description image description image description image description