“Bozbash pictures“dən maraqlı video

ATV telekanalının aparıcısı İlkin Həsəninin rol aldığı "Bozbash pictures" yaxın günlərdə yeni yayıma start verəcək.

Axşam.az-ın məlumatına görə, yumoristik tele-tamaşanın yeni bölümlərinin çəkilişləri artıq başlayıb.

Ekran işinin ssenaristləri və aktyorları İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev, Nicat Rəhimov və Azər Baxşəliyev süjetləri bölgələrdə lentə alıblar.

"Bozbash pictures"in yeni mövsüm anonsu da maraqla qarşılanıb.

Qeyd edək ki, ilk bölüm sentyabrın 21-də ATV telekanalında yayımlanacaq.



AzNews.az