- Köhnə - Maraqlı
- 25 Sentyabr 2013 11:25
- 2 163
Dünyanın Facebook xəritəsi hazırlandı
1,11 milyard istifadəçisi olan Facebook-un istifadəçilərinin sayı ilə onların məskunlaşdıqları arealları əks etdirən xəritə "Mavi dünya" adlanır. Xəritənin belə adlandırılması Facebook-un brend çaları olan mavi rənglə bağlıdır.
Bundan başqa, xəritədə 2010-cu illə müqayisə də var.
Müqayisədən görünür ki, 2010-cu ildəni bəri dünyada Facebook istifadəçilərinin sayı 23 faiz artıb.
Artım Hindistan, Afrika və Cənubi Amerikada daha sürətli olub.
Çin, Şimali Koreya və Facebook-un yasaqlandığı digər ölkələrdə isə sosial şəbəkə xəritədə "qara ləkə" formasındadır.(milli.az)
AzNews.az