- Köhnə - Maraqlı
- 3 Oktyabr 2013 14:15
- 2 028
“Apple” mədə bulandırır
Bəzi istifadəçilər internetdəki "Apple" forumlarda iOS 7-dəki yaxınlaşdırma animasiyaları səbəbiylə mədə bulanması və baş gicəllənməsi yaşadıqlarını bildiriblər.
Dr. Corc Kikano da bu vəziyyəti təsdiqləyərək iOS 7-nin bəzi istifadəçilərə fərqli təsir etdiyini, onlarda avtomobil tutmasına bənzər bir hiss yarada biləcəyini söyləyib.
Ancaq Kikanonun sözlərinə görə, bunun səbəbi yaxınlaşdırma animasiyaları deyil, cihazın ekranının irəli- geri hərəkət edirmiş kimi görünməsini təmin edən "parallax" adlı yeni funksiyadır.
Rəhim Qədirov
AzNews.az