Avqustun 1-nə kimi şəbəkədə 628 milyon 170 min 204 sayt işləyib Avqustun 1-nə kimi şəbəkədə 628 milyon 170 min 204 sayt işləyib

Dünyada nə qədər sayt var?

Avqustun 1-nə kimi şəbəkədə 628 milyon 170 min 204 sayt işləyib


"Netcraft" analitik şirkəti internet şəbəkəsində saytların sayı barədə növbəti aylıq hesabatını dərc edib. AzNews.az şirkətin rəsmi səhifəsində yayılan məlumata istinadən xəbər verir ki, avqustun 1-nə kimi şəbəkədə 628 milyon 170 min 204 sayt işləyib. Bu, bir ay əvvəlkindən 38 milyon azdır. Şirkətdən bildiriblər ki, mənfi dinamika veb-saytların hesablanma meyarlarının dəqiqləşdirilməsi ilə əlaqədardır. Həmçinin statistikadan 242 fiziki İP-ünvanda yerləşən 40 milyona yaxın sayt çıxarılıb. Bütün bunlar ilk olaraq bazarda ən iri veb-server olan Apache-ya mənfi təsir edib ki, veb-server 36 milyon host itirib, onun bazar payı isə 59 faizə enib.


Aynur

AzNews.az